SDW19 banner

“Ən  yaxşı  STEM  dərs  planım”
 SDW 2019  fəaliyyəti

·                         Təşkilatçı kimdir:
“STEM  Discovery  Week”  22-28 aprel, 2019 tədbirləri –Avropada elmin tədrisi üçün yaradılmış “Scientix” cəmiyyətinin hər il təşkil etdiyi rəsmi tədbirlər layihəsidir. Qeyd edək ki, “Scientix”  Avropa ölkələrinin bir çox Təhsil Nazirliklərinin dəstəklədiyi  onlayn təhsil cəmiyyəti və şəbəkəsidir. Azərbaycanda SDW  2019 tədbirlərinin koordinatoru və rəsmi layihə tərəfdaşı olan “STEM  Azərbaycanda” layihəsinin  (Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant layihəsi)  dəstəyi ilə təşkil edilir.
·                        Kimlər iştirak edə bilər:
 Azərbaycan respublikasının ümumtəhsil məktəblərinin  təbiət –texniki və ibtidai  sinif müəllimləri .
·                        Mövzuları necə seçməli:
Ümumi dərs prosesinə dəstək verilməsi məqsədilə, müəllimlərin tədris etdikləri fənnin aprel ayına düşən mövzulardan birini seçməsi tövsiyə edilir. Müəllimin istəyi əsasında ixtiyari STEM məzmunlu aktual mövzu da seçilə bilər.  
·Dərs planı üçün əsas tələblər nədir:
-         Şagirdlərin köməyi ilə hazırlanmış müxtəlif STEM  resurslarından istifadə etmək;
-         Dərs planını və prosesini 7E təlim modeli və ya Layihə əsaslı qurmaq;
-         Dərs prosesində əldə olunmuş nəticə, model  və ya prototipin nə dərəcədə gündəlik problemlər üçün əhəmiyyətli olması müzakirə edilməli;
 - Qurulmuş dərs planı əsasında dərs keçmək və əsas hissələrin foto və video görüntülərini
       qeyd etmək (ən çoxu 14 dəqiqəlik youtube video, fotolar keyfiyyətli olmalıdır).
-         Hazır dərs planı Word proqramında yığılır, uyğun hissələrə dərs prosesindən götürülmüş şəkillər yerləşdirilir. Dərsin youtube kanalında yerləşdirilmiş linki də dərs planına əlavə edilir.
-         Qeyd olunan qaydada hazırlanmış yekun dərs planı  ahmadovaaliya@gmail.com email ünvanına göndərilir.

-         Dərs prosesindən götürülmüş şəkillər və dərsin youtube kanalında yerləşdirilmiş linki  layihənin “STEM Azərbaycanda”facebook səhifəsində də mütləq paylaşılır. Facebook qrupumuzda paylaşım edərkən #SDW2019 sözünü kopyalayıb yerləşdirin, şəhər və məktəbin, müəllimin tam adını qeyd edin. Dərs zamanı hansı təlim üsullarını istifadə etmisinizsə qısaca bu barədə bildirin.

-         Haqqında danışılan, “STEM  Discovery  Week” 2019 tədbirləri çərçivəsində həyata keçiriləcək “Ən yaxşı STEM dərs planım” fəaliyyəti üçün hazırladığınız dərs planları və youtube videolarının yuxarıdakı qaydada göndərilməsi 19-27 aprel tarixlərində olmalıdır.

QEYD!!!
1. Yuxarıda göstərilmiş təlimatlara uyğun hazırlanmış (!) STEM dərs planlarının müəllifi olan müəllimlər müəyyən olunmuş qaydada e-sertifikatla təmin olunacaqlar.
2.  STEM dərs planının nümunə forması      YÜKLƏ  
3.  STEM dərs planının qiymətləndirilmə meyarları cədvəli     YÜKLƏ   
Layihə rəhbəri: Aliyə Əhmədova