“STEM
müəllimləri”
kütləvi-açıq-onlayn –kurs
III
Təlim Modulu
“ Şagirdlərin STEM əsaslı layihələr hazırlaması ”
1. STEM əsaslı layihə yazılışının
xüsusiyyətlər
2.STEM
metodu əsasında qurulan dərsin üstünlükləri
3.STEM üçün İngilis dili
1. STEM əsaslı layihə yazılışının
xüsusiyyətləri
Təqdimatı sağ -sag küncdəki "geniş ekran" funksyası ilə böyüdün və şagirdlərin layihə yazılışı mərhələləri ilə tanış olun (nümunə əsaslı təqdimatdır).
2. STEM metodu əsasında qurulan
dərsin üstünlükləri
Artıq I və II Təlim Modullarınıdan sizə aydındır
ki, STEM müəyyən fənlərin birləşmiş şəkildə tədrisi demək deyil. STEM
keçilən mövzuların elmi, riyazı, təcrübi biliklər əsasında mənimsədilməsilə,
21-ci əsr tələblərinə uyğun olaraq, rəqabətə davamlı kadrların hazırlanması məqsədini
daşıyır. STEM şagirdlərimizin həyatlarının bütün sahələrində istifadə edə
biləcək bir düşünmə, anlama, komanda işi, araşdırma və yaradıcılıq
qabiliyyətlərini inkişaf etdirir. STEM xüsusi təşkil olunmuş bir sinif deyildir
- mövcud tədris proqramı daxilində müxtəlif mövzuları məqsədyönlü şəkildə
vəhdətləşdirmək yoludur.
Bir daha STEM anlayışını təfsir edək:
S-Science-elm, təbiət elmləri mənasında işlənir. Bizi
əhatə edən ətraf aləmi öyrənən sahələr nəzərdə tutulur (ən geniş mənada);
T-Tecnologies-texnologiya; maraqlıdır ki, insanın
müəyyən ehtiyaclarını ödəmək üçün elə insanın özü tərəfindən hazırlanan
müxtəlif həllər-əşya, avadanlıq və s. bunlar elə texnologiyadır. Diqqətlə üzərində
əyləşdiyiniz stulun quruluşunu nəzərdən keçirin. Məgər onun hazırlanması zamanı
insan anatomiyası, ağırlıq mərkəzi, simmetriya və s. kimi vacib məqamlar nəzərə
alınmayıbmı? Və yaxud, qeydlər aparmaq üçün əlində saxladığınız qələmin sadə, eyni zamanda qəliz olan quruluşu,
işləmə prinsipi bir texnologiya deyilmi? Problemin həlli üçün hazırlanan
istənilən məhsul bir texnologiyadır;
E-Engineering-mühəndislik;
şagirdlər müəyyən məhsulu hazırlamaq üçün tərtibat işlərində, problem həll etmək
məqsədliə sadə çertyojlar çəkir, qurma-yapça fəaliyyəti ilə məşğul olurlar.
M-Mathematics-riyaziyyat; hadisələri və əldə olunan məhsulları,
cisimlərin ölçüləbilən xüsusiyyətlərini təsvir etmək üçün qrafiklər, düsturlar
və hesablamalr aparmaq, statistik nəticələri təhlil etmək (Big Data-ya
hazırlıq) üçün mütləq gərəklidir.
STEM-dərslərinin müəyyən məqamları sizə tanış gəlirsə və siz
deyirsinizsə ki, mən dərslərimdə mövzuya uyğun olan təcrübələri həmişə edirəm, əyani
vəsaitləri nümayiş etdirirəm, mənim üçün bu yenilik deyil, siz haqlısınız. Bəzən
bu elə belədir. Lakin STEM dərslərinin xüsusiyyətlərinə nəzər saldıqda, fərqli
cəhətləri özünüz təyin edə biləcəksiniz.
Ümid edirik ki, bu təlimatları digər müəllimlərlə effektiv əməkdaşlıq
etməkdə və şagirdlərinizin elmə və riyaziyyata (və digər sahələrə) istiqamətləndirməkdə tətbiq edəcəksiniz.
1. STEM dərslərinin nəticəsi real dünya problemləri
və problemlərin həllinə yönəldilir. STEM dərslərində şagirdlər real sosial, iqtisadi və ətraf mühit
problemləri ilə tanış olur. Fikir yürüdür və həll yollarını axtarırlar. Bu
baxımdan şagirdlərinizə daha geniş düşünməyə, təsəvvür etməyə və təkliflər verməyə
şərait yaradın. Bəzən problemlərin həll yolları üçün gözlənilməz ideyalar məhz
şagirdlərdə yaranır. Şagirdlərinizin diqqətini yönləndirmək üçün Dünyadakı RealSTEM Problemləri ilə
tanış ola bilərsiniz.
2. STEM dərsləri mühəndissayağı
tərtibat prosesi ilə müşayət olunur. Bu prosesdə şagirdlər hazırlayacaqları
modelin, qurğunun hissələrini müəyyənləşdirir,
tədqiqatları aparır, yeni həllər üçün bir çox fikirlər yürüdür, prototip
hazırlayır və yaradır, sonra sınaqdan keçirir, qiymətləndirir və yenidən
hazırlayır. Bu bir az qəliz səslənə bilər, ancaq həqiqətən də, qurma-yapma
zamanı şagird qrupları öz tədqiqat əsaslı ideyalarını sınayır, müxtəlif
yanaşmalar edir, səhv edir, səhvlərini düzəldir
və yenidən cəhd edirlər. Onlar üçün həmin anda əsas olan, onların təklif etdiyi
problemin həlli yollarıdır.
3. STEM dərsləri, şagirdləri öz əlləri ilə edilən tədqiqata
və araşdırmaya yönəldir. STEM dərslərində
öyrənmə və araşdırma üsullarına məhdudiyyətlər qoyulmur. Şagirdlər bütün işləri
məsuliyyət bölgüsü etməklə birlikdə edirlər və çətinliklərin həlli yollarını
fikirləşirlər. Onlar fikirlərini bölüşmək və modelləri lazımlı şəkildə yenidən
hazırlamaq üçün ünsiyyət qururlar. Onlar öz fikirlərini sərbəst ifadə edir və
öz araşdırmalarını tərtib edirlər. Yəni, müəllim hazır heç bir bilik və
material təqdim etmir, o, daim istiqamətvericidir.
4. STEM dərsləri şagirdləri məhsuldar komanda işinə
cəlb edir. Şagirdlərin məhsuldar
bir komanda kimi çalışmasını təşkil edə bilmək heç də asan iş deyil. Xüsusilə sinifdə 40-nəfərə
yaxın şagird varsa, onları daim nəzarətdə saxlamaq, qarşıya çıxan suallara
vaxtında düzgün istiqamət vermək müəllimdən təmkin və müəyyən səriştə tələb
edir. Bu məqsədlə kiçik tövsiyyələrimiz sizə faydaı ola bilər:1) bir müddət
şagirdlərinxarakterlərini, dərketmə yollarını araşdırın. Yəni şagirdlərinizə bələd
olun. Qruplar yaradarkən bir-biri ilə “dil tapa bilən” şagirdləri qruplaşdırın.
2) Sinfin “qeyri-rəsmi lider”lərini nəzarətdə saxlaya bilsəniz, onlar sizə
qrupları idarə etməkdə çox köməklik edəcəklər. 3)Fizika, kimya, biologiya,
informatika fənni üzrə laborantları da STEM dərslərinə cəlb edin, bu proses həm
də onlara aiddir. 4) Sinifdə, qrupda özünüidarə ilə bağlı şagirdlərlə bərabər
“qızıl qaydalar” tərtib edin və sinif otağının görünən yerində asın. Şagirdlərin
komanda ilə işləmə bacarıqları aşağı siniflərdən addım-addım formalaşan bir vərdişdir.
Bu vərdişin formalaşması tək bir müəllimdən deyil, onlara dərs deyən müəllim
kollektivindən asılıdır.Bu səbəbdən, müəllimlər də ümumi işin keyifiyyəti üçün əməkdaşlıq
etməyi diqqətdə saxlamalıdırlar.
5.STEM dərsləri şagirdlərinizin öyrəndiyi mövzuya
uyğun dəqiq riyazi hesablamaları və elmi izahını tələb edir. STEM dərslərinizdə mümkün qədər, uyğun riyazi
hesablamalara və elmi izahlara inteqrasiya
etməlisiniz. Keçilən mövzunun riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya
ilə necə əlaqəli ola biləcəyini öyrənmək üçün digər riyaziyyat və ya təbiət fənlərini tədris edən müəllimlər ilə
əməkdaşlıq qurun. Öyrənin ki, öyrədə biləsiniz. Soruşmaqdan- sizin üçün yeni olan
məlumatları əldə etməkdən çəkinməyin. Bu sizə, digər müəllim həmkarlarınıza nə
verəcək? Şagirdlər əslində müxtəlif fənlərin
və riyaziyyatın təcrid olunmuş sahələr olmadığını görsələr, problemləri həll
etmək üçün birlikdə işləyə bilərlər.
6. STEM dərsləri bir neçə düzgün cavab variantları
verməyə şərait yaradır. Bəzən biz müəllimlər
elə bir təcrübə, vəziyyət, məsələ tərtib edirik ki, bütün qruplar eyni nəticəni,
cavabı almalı olur.Yəni, onların cavablarında yaradıcı yanaşmaya mane olmuş
oluruq. STEM dərsləri isə, əksinə, həmişə bir neçə düzgün cavab və yanaşma söyləməyə
imkan yaradır. STEM dərs mühiti yaradıcı həllər üçün zəngin imkanlar təklif edir.
Modelləri layihələndirərkən və ya sınaqdan keçirərkən, qruplar bu problemi həll
edə də bilər və həll etməyə də bilər. Bu
bir tərəfədən yaxşıdır. Onlar yanlış gedişata
nələrin səbəb ola biləcəyini əvvəlcədən görmüş olur və yenidən cəhd edin. İlk
sınaq uğursuzlu həll yollarını tapmaq və
tərtib etmək üçün müsbət bir addım hesab edilir.
STEM əsaslı dərslər axtarmaq üçün internetdə axtarışlar etmək fikrinə
düşmüsünüzsə, sizə bir qədər istiqamət vermək istərdik. Aşağıdakı saytlardan
müxtəlif resurslar əldə edə bilərsiniz:
3. STEM üçün İngilis dili
Artıq
bildiyiniz kimi, 21-ci əsr bacarıqlarından, STEM-ın məzmununu ehtiva edən “4K”
bacarıqlarından biri də “communication, collobration”dur, yəni kommunikasiya və
əməkdaşlıqdır. Heç kimə sirr deyil ki, müsair dövr xarici həmkarların
təcrübəlrində faydalanmağı, onlayn ünsiyyəti tələb edir. Bu isə o zaman mümkün
olur ki, hansısa bir beynəlxalq dili az da olsa mənimsəmisinz. Təhsil sahəsində
ingilis dili qabiliyyətlərinə sahib olmaq isə sizin üstün məziyyətlərinizdən
biri ola bilər. Bu baxımdan, müasir müəllimin malik olmalı olduğu
xüsusiyyətləri (bax, II Təlim modulu materialları) diqqətdə saxlayaraq, STEM istiqamətində
biliklərinizi artırmaq istəyirsinizsə, mütləq ingilis dili vərdişlərinə
yiyələnməlisiniz. Öyrənmək heç vaxt gec deyil!
Material:
VACİB
QEYD:
“STEM Azərbaycanda”
layihəsində istifadə olunan bütün materiallar “Müəllif Hüquqları Dövlət
Agentliyi” tərəfindən qeydiyyatdan keçirilir. Bu səbəbdən, müəllif hüquqlarına
və zəhmətinə hörmət edərək, materiallardan istifadə edilərkən mütləq müəllifin
adını: Aliyə Əhmədova və materialın onlayn linkini mənbə olaraq göstərməyi
diqqətdə saxlayın.
“STEM Azərbaycanda”
layihəsindəki yazılara görə Azərbaycan Respublikası Təhsil Nazirliyi heç bir
məsuliyyət daşımır!
Комментариев нет:
Отправить комментарий