STEM müəllimi hazırlığı necə həyata keçirilir?

Dərslərin keçirilməsi üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, seçilmiş modellər nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin hazırlanmasında  və problemlərin həllində şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Buna görə də STEM təlim texnologiyası tətbiq olunan  məktəblərdə müəllimlərə öncədən xüsusi təlimlər keçirilir.  Bu məqsədlə müəllimlərə bir neçə mərhələdən – kinematika və modelləşdirmə, daha irəli səviyyə kimi hətta qrafik proqramlaşdırma, proqramlaşdırma və Robotics kimi mərhələlərdən ibarət olmaqla təlimlər keçirilir. Təlim keçmiş STEM müəllimləri öz şagirdlərinə  texnologiyaların, mühəndisliyin, riyaziyyat və fizikanın sirləri əyləncəli-praktiki yollarla öyrədir. 
STEM təlim texnologiyası  ilə təlim keçən şagirdlər nə əldə edəcək?
- Hərtərəfli inkişaf edərək sözün əsl mənasında “başlarını işlədəcək”, məntiqlərini və yaddaşlarını gücləndirəcəklər;
- Dəqiq, analitik və tənqidi düşünmə, problem həll etmə, komanda ilə işləmək və s. kimi bacarıqlar əldə edəcəklər;
- Gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq mükəmməl təhsil və karyera üçün artıq ilk uğurlu addımlarını atacaqlar; 
- Əldə olunan biliklərin real həyatda necə tətbiq olunacağını praktiki olaraq görəcək və öyrənəcəklər;
- Beynəlxalq olimpiadalar və layihələrdə iştirak imkanı əldə edəcəklər.
Təbiət və texniki fənlərinin yeni təhsil proqramının tələblərinə uyğun olaraq tədrisinə nəzər salsaq, aydın olur ki, STEM təlim texnologiyasının mahiyyətini təşkil edən təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyatın əlaqəli və praktik tədris özünü bu fənlərin məzmununda aşkar biruzə verir. STEM metodu tələbələrə gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq, onları mükəmməl təhsilə və karyeraya hazırlayır. Bu isə öz növbəsində təhsilalanlara rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan düşüncə və problem həlli vərdişlərini öyrədir.

Комментариев нет:

Отправить комментарий