İnnovativ təlim texnologiyası STEM nədir?
STEM təlim texnologiyası – texniki və təbiət fənlərin tədrisində orta
məktəbin ənənəvi nəzəriyyə əzbərlətmə üsullarından fərqli olaraq, “layihə
əsaslı öyrətmə” vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq
olunmasını təhsilalanlara aşılayır. STEM
termini Science - təbiət elmləri, Technology - texnologiya, Engineering -
mühəndislik ve Mathematics - riyaziyyat sözlərinin ilk hərflərindən
götürülmüşdür. Təhsildə istifadə olunan yeni təlim texnologiyalarından biridir.
Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin
tədrisinin aylıqda yox, birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi nəzərdə
tutulur. Hal – hazırda ən çox tətbiq
olunduğu ölkələr ABŞ, İngiltərə, Finlandiya,
Koreya və Almaniyadır. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqları” nı formalaşdırmaq və
inkişaf etdirməkdir.
Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənlərində
öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan
müxtəlif problemlərə, müxtəlif layihələrdə
tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını,
məntiqi təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf
etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri
məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır.
Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqəli olmasına,
eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilir. Bu təlim texnologiyası ilə qurulan dərslər
şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal
və həvəslə iştirak edirlər.
Комментариев нет:
Отправить комментарий