STEM əsaslı layihə nümunəsi : “Mobil telefondan proyektor”

Sinif şəraitində hazırlanması mümkün olan maraqlı  STEM  layihələrdən biri mobil telefondan proyektor hazırlama ideyasıdır. Əmin olun ki, şagirdləriniz bu prosesdən zövq alacaqlar. Şagirdlər layihənin qurma-yapma (texnologiya) hissəsi ilə məşğul ikən müəllim STEM tələblərinə uyğun olaraq aşağıdakı mövzularda məlumatlar verə, fikir mübadiləsi apara, müzakirələr yarada bilər:   linzalar, xəyalın qurulması, həqiqi və mövhumi xəyallar, gözün quruluşu, görmə prosesi,  mobil telefonların sağlamlığa təsiri və düzgün istifadə qaydaları, təkrar dövriyəsi mümkün olan tullantılar, karton tullantıların təkrar dövriyəsi və s.

Təchizat: möhkəm kartondan olan  bütöv ayaqqabı qutusu,  böyüdücü-lupa , keyfiyyətli yapışdırıcı lent,  böyük kağız sancğı və tədris videoları yüklənmiş mobil telefon. 
İşin gedişi:
1. Böyüdücü-lupadan tutqac hissəsin ayırın, yalnız böyüdücü şüşə sizə lazım olacaq.
2.  Böyüdücü şüşənin ölçüsündə, qutunun ön hissəsində dairə kəsib açın.Dəqiqlik olsun deyə diaqonalların kəsişmə nöqtəsini mərkəz olaraq seçin.
3. Böyüdücü şüşəni yapışqanlı lentlə qutuya diqqətlə bərkidin.Qutunun daxilinə işıq şüasının düşməməsi üçün bu prosesi diqqətlə yerinə yetirin.
4. Mobil telefonu qoya bilmək üçün dəmir kaığız sancaqdan dayaq düzəldin. Bu məqsədlə digər əşyadan da istifadə etmək olar.
 5. Dayağı hazırladığınız qutunun içinə , böyüdücüyə simmetrik olaraq yerləşdirin və mobil telefonu onun üzərinə qoyun.
6. İstədiyiniz  öyrədici videonu nümayiş üçün seçin və qutunun qapağını möhkəm bağlayın. Qutunun böyüdücü şüşə olan hisssini ağ divara və ya xüsusi lövhəyə sarı yönləndirin. Əgər divarda görüntü tərsinə alınırsa, bunu mobil telefonun funksyalarından tənzimləyin. Görüntünün dəqiqliyi üçün mobil telefonu qutu daxilində böyüdücü istiqamətində irəli və ya geri yerdəyişdirməklə tənzimləyin. Təbii ki, STEM metodikasına görə bu proseslər lazımı nəzəri və praktik bilgilərin verilməsi, müzakirə-mübadiləsi ilə paralel olaraq aparılır.
                                

 Yenilk axtarışında olan yaradıcı müəllim istənilən bir tədris vahidini STEM metodikası əsasında qurmağa cəhd edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, layihə üzərində iş yeni biliklər və vərdişlər formalaşdıran bir neçə mərhələdə reallaşır:
1) tapşırığın məqsədinin müəyyən edilməsi 
2) layihələndirmə 
3) müasir-elmi texniki məhsulun modelinin və ya maketinin hazırlanması
 4) əldə edilmiş məhsulun sınaqdan keçirilməsi
5) məhsulun  imkanlarının müzakirə edilməsi.
Təbiət və texniki fənlərinin yeni təhsil proqramının tələblərinə uyğun olaraq tədrisinə nəzər salsaq, aydın olur ki, STEM metodikasının mahiyyətini təşkil edən təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyatın əlaqəli və praktik tədris özünü bu fənlərin məzmununda aşkar biruzə verir. STEM metodu tələbələrə gələcəkdə hansı peşəni seçmələrindən asılı olmayaraq, onları mükəmməl təhsilə və karyeraya hazırlayır. Bu isə öz növbəsində təhsilalanlara rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan düşüncə və problem həlli vərdişlərini öyrədir.      

Комментариев нет:

Отправить комментарий