-

“STEM müəllimləri” kütləvi-açıq-onlayn-kurs

IV  Təlim Modulu

STElə gələcək peşə seçiminə yönləndirmə


1.     Nə  üçün  “bacarıqlar” vacibdir?
                      2.  STEM: İndi və gələcək üçün gərəkli peşələr     
                      3.  STEM əsaslı peşələrə yönləndirmədə görülə biləcək işlər
            4.  Tədrisi zamanı qabiliyyətlərin inkişafına fərdi yanaşma metodikası



 Nə üçün “bacarıqlar” vacibdir?

İşəgötürülənlərin müxtəlif   bacarıqlara sahib olmasına adətən  bütün  növ işlərdə
(peşə və ixtisaslarda)  ehtiyac duyur. Şagirdlər üçün sadalanan  XXI əsr bacarıqları  məktəb dövründən formalaşdırılması qarşıya məqsəd olaraq qoyulur. Daha sonra qabiliyyət və vərdişə çevrilmiş bu bacarıqlar gəncin tələbəlik, iş və karyera dövründə ona olan tələbatı artırır. Bu isə çətinlik çəkmədən gəncin işlə təmin olunmasına zəmin yaradır. Bu baxımdan müəllim şagirdın yalnız bugünkü dərsə hazırlığına deyil, qabiliyyətlərinin formalaşdırılmasına da paralel olaraq xüsusi diqqət ayırmalıdır. Bir daha qeyd olunmalıdır ki, bu bacarıqlar yalnız yaxşı təlim keçmiş gələcək mütəxəssislərin ( işçi qüvvənin) hazırlanması üçün deyil, həm də hər bir gənci, gələcək uğurlarına aparacaq həyati vərdişlərin formalaşdırılması məqsədi daşıyır.
 STEM  əsaslı  peşələrdə  nə   üçün  öncədən  peşə  qabiliyyətləri  tələb olunur ?
STEM əsaslı peşələrdə ( məsələ, körpü mühəndisliyi, qida sənayesi mühəndisliyi və s.) mütəxəssisin səriştəsizliyi ani olaraq özünü biruzə verir. Proseslərin yenidən bərpası, avtomatlaşdırılması, analizi və s. kimi mühüm mərhələrin təkrarı isə qəzalar, insan itkisi, maaliyyə itkisi və s. kimi xoşagəlməz hallara səbəb olur. Məhz bu səbəbdən işəgötürənlər artıq gənclərin tələbəlik dövründən “təcrübə təqaüdləri”, “yay təcrübə məktəbləri” təşkil edir. Öz gələcək mütəxəssislərində XXI əsr və iş qabiliyyətlərini tələbəlik dövründən formalaşdırırlar. Bu qabiliyyətlərin bünövrəsi isə məktəb dövründən qoyulmalıdır. Bu baxımdan hazırlıqlı olnan gənclər STEM əsaslı işə  müsahibə zamanı:
·        Müsahibə vaxtı özünə əmin və inamlı olur
  • ·  İşəgötürənlər tərəfindən müsbət qarşılanır və yeni bacarıqlara çevik yiyələnəbilən namizədlərə üstünlük verilir
  •   STEM əsaslı müsabiqələrdən, layihələrdən qazandığı bacarıqlar, tələbə təcrübə proqramlarında iştirakı və s. etmiş namizədlərin CV-ləri onlara üstünlük gətirir.

Müəllim təhsilalanıların bacarıqlarını müəyyənləşdirmək və genişləndirmək üçün nələr edə bilər? Təşkil olunan fənn gecələri, fənlərin inteqrasiyalı tədbirləri, layihə əsaslı öyrənmə tapşırıqları, müxtəlif tipli müsabiqələrə hazırlıq, müxtəlif bacarıqlar formalaşdıran dərnəklər, regionlararası qrant layihələr və beynəlxalq e-tvinning layihələri təhsilalanlarda tədricən XXI əsr bacarıqlarını formalaşdırmağa səbəb olur. Şagirdlərinizdə hansı STEM əsaslı peşələrə meylin olduğunu maraqlı sorğu əsasında təyin edə bilərsiniz.


STEM: İndi və gələcək üçün gərəkli peşələr

Bu bir həqiqətdir ki, təbiət elmləri, mühəndislik, texnologiya və riyaziyyat ( STEM) sahəsində olan mütəxəssislər yeni ideyalar, yeni nəsil şirkətlər və sənaye texnologiyaları yaratmaqla yerli innovasiyanı və beynəlxalq səviyyədə rəqabətə davamlılığı təmin edə bilrlər.  Statistikaya görə son 10 ildə dünya üzrə STEM əsalı iş yerlərinin açılması qeyri-STEM əsaslı iş yerlərinə nisbətdə 3 dəfə çoxdur. Bu o deməkdir ki, STEM əsaslı ixtisas sahibi olan şəxslərin işsiz qalma ehtimalları çox aşağıdır. STEM əsaslı peşələr təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat və hətta tibb sahəsində gələcəkdə tələb olunacaq ixtisaslar olmaqla indinin bə gələcəyin iqtisadi inkişafının əsasını təşkil edir.
2017-2018 –ci il üçün müəyyən olunmuş tələb olunan STEM əsaslı ixtisaslar:


Akustika
Aviasiya / Aviasiya Mühəndisliyi Texnologiyası / Texnik.
Aerokosmik, Aviasiya və Aviasiya Mühəndisliyi.
Kənd təsərrüfatı / Biologiya Mühəndisliyi və Biomühəndislik.
Cəbr və ədəd nəzəriyyəsi.
Analiz və funksional analiz.
Analitik Kimya.
Anatomiya.
Heyvan davranışları və etioloji.
Heyvan genetikası.
Heyvan fiziologiyası.
Tətbiqi Riyaziyyat.
Su biologiyası / Limnologiya.
Memarlıq Çizilməsi və Memarlıq CAD / CADD.
Memarlıq Mühəndisliyi Texnologiyası / Texnik.
Memarlıq Mühəndisliyi.
Süni intellekt və Robotiks.
Astronomiya.
Astrofizika.
Atmosfer Kimyası və Klimatoloji.
Atmosfer fizikası və dinamikası.
Atmosfer Elmləri və Meteorologiya, Ümumi.
Atom / Molekulyar Fizika.
Avtomatika Mühəndisliyi Texnologiyası / Texnik.
Biokimya.
Biokimya / Biofizika və Molekulyar Biologiya.
Bioinformatika.
Biologiya Texnikası / Biotexnologiya Laboratoriya Texniku.
Biologiya / Biologiya Elmləri, Ümumi.
Biyomedikal Elmlər, Ümumi.
Biyomedikal Texnologiya / Texnik.
Biyomedikal / Tibbi Mühəndisliyi.
Biometriya / Biometrics.
Biofizika.
Biostatistika.
Biotexnologiya.
Botanika / Bitki Biologiyası.
Dizayn Texnologiyası / Texnik.
Kardiyovaskulyar elm.
Biologiya və anatomiya.
Hüceyrə fiziologiyası.
 Molekulyar Biologiya.
r Biologiya və histologiya.
Keramika Elmləri və Mühəndisliyi.
Kimya mühəndisliyi.
Kimyəvi Fizika.
Kimya Texnologiyası / Texnik.
Kimya, Ümumi.
Mülki hazırlama və tikinti mühəndisliyi .
İnşaat Mühəndisliyi Texnologiyası / Texnik.
İnşaat Mühəndisliyi, Ümumi.
Hesaplamalı Riyaziyyat.
Kompüter və İnformasiya Elmləri, Ümumi.
Kompüter və İnformasiya Sistemləri Təhlükəsizliyi.
Kompüter Mühəndisliyi Texnologiyası / Texnik.
Kompüter Mühəndisliyi, Ümumi.
Kompüter Qrafikası.
Kompüter texnikası mühəndisliyi.
Kompüter Təchizatı Texnologiyası / Texnik.
Kompüter Proqramlaşdırma, Xüsusi Proqramlar.
Kompüter Proqramlaşdırma, / Məhsulların Sertifikasiyası.
Kompüter Proqramlaşdırma / Proqramlaşdırma, Ümumi.
Kompyuter elmləri.
Kompüter Proqramlaşdırma Mühəndisliyi.
Kompüter Proqram Texnologiyası / Texnik.
Kompüter Sistemləri Təhlili / Analitik.
Kompüter sistemləri şəbəkəsi və Telekommunikasiya.
Kompüter Texnologiyası / Kompüter Sistemləri Texnologiyası.
Qoruma Biologiyası.
İnşaat Mühəndisliyi Texnologiyası / Texnik.
İnşaat Mühəndisliyi.
Data Modelləşdirmə / Məlumatlar bazasıının idarəsi.
Data Prosesləri və Data Prosesləri Texnologiyası / Texnik.
İnkişaf Biologiyası və Embriologiya.
Hazırlıq və Dizayn Texnologiyası / Texnik, Ümumi.
Ekologiya.
Elektrik, Elektron və Kommunikasiya Mühəndisliyi Texnologiyası / Texnik.
Elektrik, Elektron və Kommunikasiya Mühəndisliyi.
Elektrik / Elektron Mühəndisliyi və Elektrik / Elektronika
Elektromexaniki Texnologiya / Elektromexaniki mühəndislik texnologiyası.
Elementar Zərrəciklər Fizikası
Endokrinologiya.
Enerji İdarəetmə və Sistem Texnologiyası / Texnik.
Mühəndislik Mexanizmi.
Mühəndislik Fizikası.
Mühəndislik elmləri.
Mühəndislik Texnologiyası, Ümumi.
Mühəndislik, Ümumi.
Mühəndislik / Sənaye İdarəetmə.
Entomologiya.
Ətraf mühit biologiyası.
Ətraf Mühit mühəndisliyi / Ətraf Mühit Texnologiyası
Ətraf Mühitin  Toksikologiyası.
Ətraf mühitin mühafizəsi.
Epidemiologiya.
Təkamül Biologiyası.
Fiziologiyanın tətbiqi.
Mühəndislər.
Genetik, Ümumi.
Geologiya / Geofizik Engineering.
Geologiya / Yer Elmləri, Ümumi.
Həndəsə / Geometrik Analiz.
Geofizika və seysmologiya.
Geotexniki mühəndislik.
Təhlükəli Materiallar İnformasiya Sistemləri Texnologiyası / Texnik.
Təhlükəli Materiallar İdarəetmə və Tullantı Texnologiyası / Texnik.
İstilik, Kondisioner və Soğutma Texnologiyası / Texnik (ACH / ACR / ACHR / HRAC / HVAC / AC Texnologiyası).
İnsan / Tibbi Genetika.
Hidrolik və Maye Gücü Texnologiyası / Texnik.
Hidrolgiya
İmmünologiya.
Sənaye mühəndisliyi.
Sənaye Radiologiya Texnologiyası / Texnik.
Sənaye Təhlükəsizliyi Texnologiyası / Texnik.
Sənaye Texnologiyası / Texnik.
İnformasiya elmləri / tədqiqatlar.
İnformasiya texnologiyaları.
İnorganik Kimya.
Lazer və Optik Texnologiya / Texnik.
İstehsalat mühəndisliyi.
İstehsal Texnologiyası / Texnik.
Dəniz Biologiyası və Bioloji Oşinografi.
Material Mühəndisliyi.
Riyazi statistika və ehtimal.
Riyaziyyat, Ümumi.
Mexanik hazırlama / Mexanika Mühəndisliyi.
Mexanika Mühəndisliyi / Mexanika Texnologiyası / Texnik.
Tibbi Mikrobiologiya və Bakterioloji.
Tibb üzrə araşdırmacı (MS, PhD).
Metalurji Mühəndisliyi.
Metalurji Texnologiyası / Texnik.
Meteorologiya.
Mikrob və eukaryotik genetika.
Mikrobiologiya, Ümumi.
Hərbi Texnologiyalar.
Mədənçilik və Mineral Mühəndisliyi.
Mədən Texnologiyası / Texnik.
Molekulyar Biokimya.
Molekulyar Biologiya / Biofizika
Molekulyar Genetika.
Molekulyar Farmakologiya.
Molekulyar fiziologiya.
Molekulyar Toksikologiya.
Dəniz Memarlığı və Dəniz mühəndisli




STEM əsaslı peşələrə yönləndirmədə görülə biləcək işlər

         Təbiət elmləri, mühəndislik, texnologiya və riyaziyyat (STEM) sahəsində olan mütəxəssislərın fəaliyyəti hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Təəssüf edici haldır ki, ölkəmizdə STEM əsaslı işlərə kifayət qədər vakant yerlər oluduğu halda, öz işinin mütəxəssisi olan-peşə qabiliyətlərini vaxtında formalaşdıra bilmiş kadrlar “çıraqla” axtarılır. Problem nədədir? Tələbə adını qazanan gənclərın bir çoxu bununla işinin bitdiyini zənn edir. Halbuki, həyat və karyera üçün “iş” bundan belə başlayır. Tələbəlik dövründən müxtəlif iri istehsal və sənaye şirkətlərinin təcrübə və təqaüd proqramlarında iştirak etmək, yay dövründə bu şirkətlərdə təcrübəçi-tələbə kimi müraciət etmək, bəzən könüllü əsaslarla müxtəlif layihələrdə təcrübə toplamaq, xarici dil və İKT bacarıqlarını inkişaf etdirmək ali təhsil həyatı ilə ciddi olaraq paralel şəkildə aparılmalıdır. Deməli, STEM əsaslı işlərdə keyfiyyətli mütəxəssisləri hazırlanması ümumtəhsil və ali təhsil məktəblərində STEM əsaslı təhsilə düzgün hədəflənməklə həyata keçirilə bilər. Ölkəmizdə  universitetlərdə müxtəlif istehsal şirkətlərinin  laboratoriyalar, texnoparklar açması təcrübəsi özünün müsbət effektini göstərməkdədir. Şagirdlərin də məktəb dövründən öz qabiliyyətlərinə uyğun  peşə istiqamətində yönləndirilməsi üçün belə kiçik laboratoriya və texnoparkların məktəblərdə də açılmasına ciddi ehtiyac duyulur.Müəyyən mənalarda bu deyilənlər vaxt və imkan tələb edir. Lakin şirkətlər də alternativ çıxış yolları təqdim edə bilərlər.Məsələn,  “Azərsu”ASC  tərəfindən  25 noyabr, 2017-ci il tarixində saat 11– də Şollar su mənbəyinə,  Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə  və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Təlim-Tədris Mərkəzinə təşkil olunan  STEM əsaslı  səfər kimi. ”Bismak” və “Çörəkçi” istehsal müəssisələrinin şagirdlər üçün təşkil etdiyi STEM əsaslı inteqrativ ekskursiyalar da bu istiqamətdə atılan müsbət addımlardandır. Bu işlərin təşkil olunmasında müəllim-valideyn-məktəb assosasiyalarının düzgün işləməsi əsas şərtdir.
Şagirdlərin dərk etmə yollarını, qabiliyyətlərinin istiqamətlərini aşkarlaya bilən müəllimlər isə şagirdın gələcək peşə seçiminə düzgün yönləndirmədə öz müsbət təsirlərini edə biləcək.

 Tədrisi zamanı qabiliyyətlərin inkişafına fərdi yanaşma metodikası

        Məlumdur ki, şagirdlərin maraq və qabiliyyətlərinin üzə çıxarılması, bu istiqamətdə vaxtında və səriştəli yönləndirilmə şagirdin gələcək həyatı üçün önəlimlidir.Belə ki, şagirdləri maraq və qabiliyyətlərinə uyğun olaraq müxtəlif peşələrə yönəltmək vəzifəsi məhz ümumtəhsil məktəbindən başlayır .Həqiqətə də, hər bir şagirdin fərdi qabilliyyətlərinin üzə çıxarılması və ona uyğun peşə seçimi hər bir fənn müəllimindən işinə məsuluyyətli yanaşmanı tələb edir. Bu istiqamətdə fizika fənn müəllimin üzərinə düşən öhdəliklərə nəzər salaq.
       “Qabiliyyət” adlandırılan anlayışa daim müxtəlif yanaşmalar olmuşdur.1983-cü ildə Harvard Universitetinin professor  Dr.Hovard Gardner “çoxşaxəli qabiliyyət nəzəriyyəsi”ni işləyib hazırladı. Nəzəriyyəni qısaca ümumiləşdirsək, Dr Gardnerə görə qabiliyyət oxu, yazı və riyazi bacarıqlara uyğun olaraq ölçülür və insanın gələcək fəaliyyətin də , əsasən, buna görə müəyyən olunur.Güründüyü kimi, qabiliyyətləri müəyyən etmə mexanizmləri məhz fizika fənninin məzmununu dərk etməyə tam uyğun gəlir.Fizika fənn müəllimlərinin, fənnin məzmunu daxilində  öz şagirdlərinin maraq və qabiliyyətlərini aşkarlamağa, düzgün yönləndirməyə bir çox imkanları vardır. Dr.Gardnerə görə, hər bir fərd özündə 8 fərqli qabiliyyətinin birini deyil, bir neçəsini birləşdirə bilir.Hətta zehni qüsuru olan uşağın niq qabiliyyətləri zəif inkişaf etmiş olsa belə,o, çox yaxşı rəsm çəkə və ya musiqi alətində ifa edə bilər. Bu qabiliyyətlərə nümunə üçün fizika fənninin məzmunu daxilində nəzər salaq:
1. İncəsənət qabiliyyətinə malik olan şagirdlər hər hansı bir  obyekti, deməli, fiziki cismi, fiziki hadisənin gedişini daha sürətlə qavrayırlar. Buna şəkillər, sxemlər, diaqramlar, animasiyalar və s. də aiddir.İnformasiyanı vizual və verbal olaraq daha tez qəbul etdikləri üçün onların yaxşı motorik qabiliyyətləri olur.Adətən belə uşaqlar, kitaba baxarkən ilk növbədə fiziki hadisəni təsvir edən illüstrasiyaları nəzrdən keçirir və öz fikirlərini bildirməkdən çəkinmirlər. Onlar müəllimdən nəzri şərhi zamanıaldıqları məlimatı uzunmüddətli yaddaş olaraq qoruya bilirlər. Fizika müəllimi bu şagirdlərə ev tapşırığı kimi, onların maraq dairəsinə uyğun gələn rəsm təqdimatlar, videotəqdimatlar, slaydlar hazırlamaq tapşıra bilər.Fikir mübadiləsi və müzakirə zamanı bu şagirdlərin fiziki hadisəni dəqiq təsvir edərək şərh etmə qabiliyyətini önə çıxartmaq olar. İncəsənət qabiliyyətləri inkişaf etmiş şagirdlər üçün gələcəkdə dərzi-modelyer, duluscu, zərgər, qrafik dizayner, rəssam, heykəltəraş, fotoqraf, estetik cərrah və s. kimi peşələr uyğun hesab olunur.
2. Fiziki qabiliyyətli şagirdlər hərəkətli, aktiv olmağı sevirlər. Onların beyinləri və əlləri arasında xüsusi əlaqə olduğundan, daha çox toxunma və hərəkətlə obyekti “fiziki təcrübə” edirlər.Adətən, bu şagirdləri hiperaktiv və diqqətini toplaya bilməyən şagird kimi dəyərləndirirlər. Bu cür şagirdləri ”ram” etmək, nə isə öyrətmək müəllimlər üçün çətin olur. Çünki, onlara enerjisini sərf etməyə tənəffüs vaxtı kifayət etmir və onlar dərs ərzində digər yoldaşlarına qarşı əsəbi olurlar.Fizika müəllimi fiziki qabiliyyətləri önə çıxan şagirdlərə sadə təcrübələri icra etməyi həvalə edə bilər. Oynayaraq öyrənmə konsepsiyasına əsaslanan üsullar bu şagirdlərlə birgə icra oluna bilər.Təqdimatlar zamanı sinifin təşkil olunmasında fiziki qabiliyyətli şagirdlər müəllimin yaxın köməkçisi qismində fəallıq göstərməyə meyilli olurlar. Fiziki qabiliyyətləri inkişaf etmiş şagirdlər üçün gələcəkdə şə.qçi, atlet, rəqqas, aktyor, hərbiçi, yanğınsöndürən və s. kimi peşələr uyğun hesab olunur.
3. Fərddaxili qabiliyyətli şagirdlər  adətən, vaxtlarını ümumi deyil, şəxsi işləri ,şəxsi məqsədləri sərf edirlər. Kənardan utancaq, sakitliyi sevən şagird kimi görünürlər. Onlar müstəqil fəaliyyəti xoşladığından , vaxtlarını yalnız düşünmək və işləməklə keçirirlər. Fizika müəlliminın bu şagirdlərə verəcəyi yaradıcıtətbiqetmə tapşırıqları, müstəqil araşdırmalar, layihə işləri və s. yüksək məsuliyyətlə icra olunacaqdır. Bu xüsusiyyətlərinə görə fizika müəllimi onlara hətta müxtəlif testqurma və həlletmə tapşırıqları da verə bilər. Fərddaxili qabiliyyəti inkişaf etmiş şagirlər üçün filosof, nəzəriyyəçi, humanitar sahədə işçi, tədqiqatçı, psixoloq və s. kimi peşələr uyğun hesab olunur.
4. Fərdlərarası qabiliyyətli şagirdləri insanlarla ünsiyyətdən, müəyyən işlə məşğul olmaqdanvə öyrənməkdən zövq alırlar. Onlara həvalə olunmuş hər işə qarşı etibarlıdırlar. Dostluq əlaqələri güclü olur, komanda üzvü olmağı da xoşlayırlar.Bu baxımdan fizika müəllimi cütlərlə iş formasından istifadə edərkən, təlim nəticələri zəif olan şagirdi fərdlərarası qabiliyyəti yüksək olan şagirdə həvalə edə bilər.Fərdlərarası qabiliyyəti inkişaf etmiş şagirdlər üçün müəllim, psixiatr, psixoloq, sosioloq, həkim-terapevt və s. kimi peşələr uyğun hesab olunur.
5. Məntiqi qabiliyyətli şagirdlər fizika müəlliminə mövzu ilə əlaqəli xeyli suallar verir.Nümunə: müəllim elektronun nüvə ətrafında hərəkət etdiyini şərh edən zaman, məntiqi qabiliyyətli  6-cı sinif şagirdini bir neçə sual maraqlandırır:Nə üçün nüvə proton və neytronlardan ibarətdir, elektron və neytronlardan deyil? Nə üçün nüvə mərkəzdədir, amma elektron daim onun ətrafında  hərəkətdədir? və s. Bu şagirdlər fizika fənn olimpiadalarında., məntiq olimpiadalarında məmnuniyyətlə iştirak eirlər.Onlar müxtəlif təcrübəri sınamağı, işlərindən nəticələr çıxarmağı bacarırlar.Bu cür şagirdlər təbii olaraq, riyaziyyatı, kimyanı, kompyuter texnologiyaları ilə işləməyi, proqramlaşdırmağı da çox sevirlər.Öz seçdikləri peşəyə yaradıcı yanaşma onların xüsusiyyətlərindən biridir.Bu şagirdlərin qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi üçün müxtəlif olimpiada qrupları təşkil olunur. Məntiqi qabiliyyətləri inkişaf etmiş şagirdlər üçün mühasib, vergi mütəxəssisi, mühəndis, proqramçı, tədqiqatçı və s. kimi peşələr uyğun hesab olunur.
6.  Linqivistik qabiliyyətli şagirdlər danışmağa meyillidirlər. Fizika dərsinə hazır olmadıqda belə, bir fikir ətrafında “hekayə uydurmağı”, təsvir edərək izah etməyi bacarırlar. Fizkadan tərifləri əzbərdən, yanılmadan söyləyirlər. Fizika dərslərində mövzu mətnini oxuyaraq-anlama üsulu ilə şərh etməyi bu cür şagirdlərə həvalə etmək olar.Qrup işinin təqdimatı zamanı danışmağı, diskusiya və debatlarda iştirak etməyi xoşlayırlar. Linqivistik qabiliyyəti inkişaf etmiş şagirdlər üçün jurnalist, şərhçi, tərcüməçi, müəllim, hüquqşünas, şair, yazıçı, dramaturq, ictimai xadim, redaktor, media məsləhətçisi, televiziya-radio diktoru və s. kimi peşələr uyğun hesab olunur.
7.  Naturalist qabiliyyətli şagirdlər fiziki qabiliyyətli şagirdlər kimi toxunmağı, hiss etməyi, təbiəti və heyvanları sevirlər.Naturalist şagirdlər ətraf mühitlə bağlı hər şeylə maraqlandıqlarına görə fiziki hadisələr , onların baş vermə səbəbləri ilə bağlı uyğun mövzularda öz fikirlərini bildirir, müzakirələrə aktiv qoşulurlar. Fizika müəllimi, mövzuya uyğun əlavə məlumatlar əldə etməyi, öz müşahidələrini səsləndirməyi bu şagirdlərə tapşıra bilər.Bu cür şağirdlər ev heyvanı, otaq bitkiləri saxlayır, onlara qayğı göstərir, ətraf mühiti çirkləndirənləri xoşlamırlar.Bu baxımdan fizika müəllimi alternativ enerji, istilik mühərrikləri və ekoloji problemlər və s. kimi mövzularda bu şagirdlərin uyğun tapşırıqlar verməklə naturalist qabiliyyətin təkmilləşməsinə təkan göstərməlidir. Naturalist qabiliyyətləri inkişaf etmiş şagirdlər üçün bağban, fermer, heyvan təlimçisi, kinoloq, ekoloq, balıqçı, fotoqraf, florist, baytar, zooloq və s. kimi peşələr uyğun hesab olunur.
8. Musiqi qabiliyyətli şagirdlər informasiyanı səslər, mahnı, ritm, hətta videoçarxlar vasitəsilə almağa meyillidirlər. Adətən, mülayim xasiyyətlidirlər. Musiqiyə qulaq asaraq, züm-zümə edərk iş görmək, dərs öyrənmək onlara daha rahatdır.Fizika müəllimi səs, səs mənbələri və s. kimi materialları araşdırmağı ,məlumat verməyi bu şagirdlərin öhdəsinə verə bilər. Bu şagirdlərin dərsə diqqətini cəlb etmək,  informasiyanı daha yaxşı qavramaları üçün müəllim öz səs tonunu emosional olaraq tənzimləyə bilər. Musiqi qabiliyyəti inkişşaf etmiş şagirdlərə musiqiçi. Müğənni, bəstəkar, ifaçı, drijor, səs redaktoru və s. kimi peşələr uyğun ola bilər.
  Əgər fizika fənn müəllimi şagirdlərinin hansı qabiliyyətlərə sahib olduğunu aşkarlaya, sinifdə hansı qabiliyyətli şagirdlərin üstünlük təşkil etdiyini təyin edə bilərsə, onlara fizika kimi, qavranılması çətin hesab olunan fənni sevdirməyə nail ola bilər. Dahi Albert Eynşteyn deyirdi: “Hər kəs dahidir, ancaq sən balığı ağaca çıxa bilməmək qabiliyətinə görə tənqid etsən, o, ömrü boyu özünün qabiliyyətsiz olduğuna inanaraq yaşayacaq”. Ona görə də şagirdlərin fərqli qabiliyyətlərini üzə çıxararaq, onların marağını nəzərə alıb düzgün istiqamətləndirmək çox vacibdir. Bunun üçün şagirdi müşahidə etmək, sorğu təşkil etmək, sinif rəhbəri və valideynlə müsahibə aparmaq olar. Şagirdlərin fərdi qabiliyyətlərini inkişaf etdirmək onları gələcək peşə seçiminə düzgün yönləndirməyə və təhsilimizin əsas məqsədlərindən olan, həyati bacarıqlara yiyələnən qabiliyyətli şəxslər yetişdirməyə imkan verəcəkdir.


VACİB  QEYD:
“STEM Azərbaycanda” layihəsində istifadə olunan bütün materiallar “Müəllif Hüquqları Dövlət Agentliyi” tərəfindən qeydiyyatdan keçirilir. Bu səbəbdən, müəllif hüquqlarına və zəhmətinə hörmət edərək, materiallardan istifadə edilərkən mütləq müəllifin adını: Aliyə Əhmədova və materialın onlayn linkini mənbə olaraq göstərməyi diqqətdə saxlayın.

“STEM Azərbaycanda” layihəsindəki yazılara görə Azərbaycan Respublikası Təhsil Nazirliyi heç bir məsuliyyət daşımır!

Комментариев нет:

Отправить комментарий