Layihənin/ Konfransın məqsədi:
STEM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilalanlarda 21-ci əsr bacarıqlarının formalaşdırılmasının əhəmiyyyəti istiqamətində maarifləndirməklə, özündə müxtəlif STEM məzmunlu panellər birləşdirən müəllim konfransının təşkil edilməsidir.
Konfransın keçiriləcəyi tarix : 2 sentyabr 2018-ci il, Sumqayıt şəhəri ( Sumqayıt Plaza otelin konfrans zalı)
Konfransda aşağıdakı formalarda iştirak edə bilərsiniz :
  1. Məqalə verməklə iştirak : məqalə qəbulu 20 iyun-31 iyul aralığında həyata keçiriləcək
  2. Məqalə verməklə və təqdimat etməklə iştirak: təqdimatçıların kimliyi 01-15 avqust aralığında dəqiqləşəcək.
  3. Dinləyici kimi iştirak
Konfransda iştirak: təhsilin idarəolunması sahəsinə maraqlı olan şəxslərə, təhsil menecerlərinə, təlim texnoloqlarına, təhsil müəssisələrinin riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, texnologiya, informatika, həyat bilgisi / ibtidai sinif müəllimlərinə aiddir.
Konfransa aşağıdakı məzmunda məqalələr/ təqdimatlar qəbul edilir:
-STEM təlim üsulu ilə tədrisin təşkilinin üstünlükləri
-STEM məzmunlu və layihə əsaslı öyrənməyə dair təcrübənizdən
-STEM təliminin 21-ci əsr bacaqrıqlarının formalaşdırılmasına dair nümunələr
-STEM-in hər bir fənnə uyğun olaraq Yeni Təhsil Proqramına inteqrasiya edilməsi
-Dərs prosesində QR , 3D printing, kodlama, VR-virtual reallıq, AR-artırılmış realllıq, Google tədris alətləri rəqəmsal laboratoriya avadanlıqlarından istifadə və s
-Robotix, Arduino platformasında cihaz prototiplərinin hazırlanması , LegoMindomo və s.
-İbtidai təhsildə sadə STEM fəaliyyətlərinin təhsilalanların əhatəli inkişafında rolu
-STEM düşüncəsinin ətraf mühitin qorunmasında, karyera planlamasında və s. rolu
-STEM təlimində innovasiyalar və s
Məqalələrə qoyulan tələblər:
1.Yazı müəllifin özünə məxsus olmalı, plagiatlığa yol verilməməlidir!
2.Yazının məzmununda əsaslandırılmış fikirlərə, müəllimin şəxsi təcrübəsinə üstünlük verilməlidir
3. Yazının quruluşu:
-Səhifənin əvvəlində mərkəzdən məqalənin adı, müəllifin adı, işlədiyi təhsil müəssisəsi və
email ünvanı yazılmalıdır.
-Yazı MS Word proqramında, əsas mətni sağ-sola genişləndirilmiş formada, 12 ölçüdə, Times New Roman yazı tipində ve 1,5 sətr aralığında, səhifəninnın sol, sağ, üst ve alt tərəfindəndan 2,5 sm boşluk qoyularaq yazılmalı və səhifə nömrələnmədən göndərilməlidir.Səhifələrin sayı 3-5 qədər ola bilər.
-Yazı mətninə keyfiyyətli qrafik , cədvəl və s. əlavə edilə bilər.
Qeyd:
1.Konfransa göndərilmiş seçilən məqalələr konfrans toplusu olaraq çap ediləcək və topluya düşmüş məqalə müəlliflərinə və məktəblərinə hədiyyə ediləcəkdirdir.
2.Konfransda dinləyici, məqalə ilə iştirak və təqdimatçı kimi iştiraka uyğun sertifikatlar təqdim olunacaqdır!
Konfransda məqalə ilə distant iştirak edən xarici iştirakçılar/ müəllimlər emailə göndərilməklə e-sertifikatla təmin ediləcək.
3. Yerli müəllimlər üçün konfransa qeydiyyat forması

Xarici iştirakçılar/ müəllimlər üçün konfransa qeydiyyat forması

4.Konfransa məqalələr ahmadovaaliya@gmail.com email ünvanından qəbul ediləcək.
5. Konfransın keçiriləcəyi dəqiq tarix və vaxt, məkan, konfrans proqramı və s. məqamlar məlum olduqca iştirakçılara məlumat veriləcəkdir.
6. Konfrans dilləri azəribaycan, rus, ingilis, türk dilləridir.
7. Layihə/ Konfrans Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənir və həyata keçirilir.
Bu səbəbdən Konfransda iştirak, məqalə qəbulu, təqdimatçı kimi çıxış tam ödənişsizdir!
Digər yol , yerlşəmək və s. kimi xərclər iştirakçının özünə aiddir.
Layihənin müddəti : 20.06.2018-20.09.2018
Layihənin rəhbəri: Aliyə Əhmədova

Комментариев нет:

Отправить комментарий