Azərbaycan Respublikası Təhsil Nazirliyi STEM metodikasının Azərbaycan təhsil sisteminə daha sürətli və effektli inteqrasiyasənə sürətləndirmək məqsədi ilə bu istiqamətdə olan ilk meqa beynəlxalq layihəsinə imza atdı.İsrailin ORT məktəbləri şəbəkəsinin STEAM isitqamətində olan qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan müəllimləri üçün kurs təşkil edildi. Kurs 3-31 mart tarixlərində İsrailin müxtəlif regionlarında 'sas'n praktik workşoplar formasında baş tutacaq.  Pedaqoji göstəricilərinə əsasən müsahibəyə dəvət edilmiş, müxtəlif şəhər və rayonlarından olan fizika, kimya, biologiya,riyaziyyat və iformatika fənlərini tədris edən müəlllimlərdən 50 nəfərə yaxın şəxs seçilərək kursa cəlb edilmişdir.
              Eyni zamanda mən, Aliyə Əhmədova 2017 və 2018-ci illərdə "STEM Azərbaycanda" qrant  layihəsinin rəhbəri bu kursun iştirakılarından biriyəm. Sevindirici haldır ki, kursa cəlb edilmiş müəlimllərdən müəyyən qismi məhz "STEM Azərbaycanda" layihə "ailə"sinin üzvləridir. Bu blogumda sizlərə kursun gedişi barədə çox qısaca məlumatlar verməyə planlaşdırıram

 3Mart-ilk gün  

Günün şüarı:   Müasir müəllim mütləq inkişafa ruhlandıran və yeniliklərə təşviq edən 
mentor olmalıdır!

Tel-Aviv şəhərində yerləşən ORT məktəblər şəbəkəsinin müəllim təlimləri üçün nəzərdə tutulmuş binasında kursun açılışı-təqdimatı baş tutdu. Təlim Mərkəzinin direktoru, müəllimləri və İsrailin Azərbaycandakı keçmiş səfiri kursun məqsədi, vəzifəsi və əsas hədəfləri barədə dolğun məlumatları dinlənildi. Müəllimlərin çoxsaylı sualları cavablandırıldı. Müəllimlər əsasən STEAM və Robotix yüklü mövzular olan işçi qruplara bölündü, kusun qrafiki və mövzular açıqlandı.
Xüsusilə qeyd etmək istərdim ki, verilən informasiyaya əsəsn İsraildə ödənişli məktəblər yöxdur. Hətta qeyri-hökümət təşkilalatlarının ixtisaslaşmış məktəblər şəbəkələri də dövlət tətəfindən maliyələşdirilir.Məktəb müəllimləri önlara təklif edilmiş fənn kurilkulmalrına 15%-ə  qədər dəyişikliklər edərək öz pedaqoji ideya təkliflərini və ya hansısa beynəlxalq təcrübəni sıamaqda sərbətlik hüququna malikdirlər. Müəllimə gərəkli olan istənilən material və inventar mütləq şəkildə məktəb rəhbərliyi tərəfindən təmin edilir. Məktəb şagirdlər əsasən ingilis dilində ünsiyyət qura, araşdırmalar apara bilirlər.

Комментариев нет:

Отправить комментарий